“Göstərəcəyik ki, gördüyümüz işlə fəxr etmək olar”
16.06.2012 - 12:49
“Göstərəcəyik ki, gördüyümüz işlə fəxr etmək olar”
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının bu il ölkəmizdə keçiriləcək dünya çempionatındakı məqsədi məlum olub. Aapsport.az saytının məlumatına görə, yığmanın almaniyalı baş məşqçisi Sissi Rayt millinin mundialdakı məqsədini açıqlayıb.

O, alman həmkarlarımıza açıqlamasında bu ilin payızında keçiriləcək yarışdakı hədəflərdən danışıb: “Dünya çempionatının final mərhələsi 2 il ərzində gördüyümüz işin bəhrəsini göstərəcək. Biz göstərəcəyik ki, gördüyümüz işlə fəxr etmək olar. Ümid edirəm ki, bununla da Azərbaycanda qadın futboluna marağı daha da artıracağıq”.