“Almaniya çox güclü komandadır”
16.06.2012 - 15:35
“Almaniya çox güclü komandadır”
“İnanmıram ki, Almaniya yığması bilərəkdən bizə kömək etsin”. Apasport.az saytının məlumatına görə, bu sözləri Danimarka milli komandasının baş məşqçisi Morten Olsen deyib.

O, AVRO-2012-nin sabah keçiriləcək Almaniya – Danimarka oyunu haqda fikirlərini açıqlayıb: “Almaniya həddən artıq güclü komandadır. Başa düşürük ki, belə görüşdə xal qazanamq asan olmayacaq. Ancaq biz buna cəhd edəcəyik”.