“İnter” Lyublyanada
16.06.2012 - 15:53
İnter” Avropa Liqasının matçlarına hazırlığın ikinci hissəsinə başlayıb. Apasport.az saytının məlumatına görə, komanda Bakı-İstanbul-Lyublyana marşrutu ilə Sloveniyaya yollanıb. “Grand Hotel Sava” otelində məskunlaşdıqdan sonra Kaxaber Sxadadzenin yetirmələri bərpa məşqinə çıxıblar. Bu gün isə “İnter” iki dəfə məşq edəcək.
“İnter”in hazırlıq planı Avropa Liqasının oyunları üçün iyun ayının 25-də keçiriləcək püşkatmadan asılı olacaq. Belə ki, püşkatmanın nəticələrinə görə “İnter” ilk avrokubok matçını vətəndə keçirəcəkcə, o zaman təlim-məşq toplanışı iyun ayının 29-dək davam edəcək. İlk oyun səfərdə baş tutacaqsa, o halda Sloveniya toplanışı iyulun 5-dək davam edəcək və “İnter” rəqib ölkəyə birbaşa Lyubyanadan yola düşəcək.
Qeyd edək ki, Sloveniya təlim-toplanışı çərçivəsində “İnter” bir neçə yoxlama oyunu keçirəcək.
Mənbə: inter.az

0
0