“İnter” Avstriya təmsilçisi ilə oynayacaq
16.06.2012 - 16:37
Sloveniyada təlim-məşq toplanışında olan “İnter” 4 yoldaşlıq matçı keçirməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, komanda iyunun 18-də, 21-də, 25-də və 28-də yoxlama oyunları keçirəcək.
Artıq “İnter”in ilk rəqibinin adı da məlumdur. Ayın 18-də komandamız Avstriyanın “Kapfenberqer” komandasıyla qarşılaşacaq. 1919-cu ildə təsis edilmiş “Kapfenberqer” klubu hazırda Avstriyanın güclülər dəstəsində mübarizə aparır.
Qeyd edək ki, oyunun başlanma saatı hələ dəqiqləşməyib.
Mənbə: inter.az

0
0