Azərbaycan və Rusiya çempionları arasında oyunun tarixi dəqiqləşdi
18.06.2012 - 19:03
“Neftçi”nin Türkiyədəki təlim-məşq toplanışında ilk yoxlama oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bakılıların Boludakı hazırlıq prosesində Rusiya çempionatının I divizionuun son qalibi olan “Mordoviya” klubu ilə keçirəcəyi matç iyunun 21-ə təyin olunub. Premyer Liqada vəsiqə qazanan rəqibin heyətində yerli futbolçularla yanaşı, Ukrayna, Serbiya və Çilidən futbolçular oynayır. “Mordoviya”nın rəsmi saytı da “Neftçi” ilə oyunun tarixini açıqlayıb.
Qeyd edək ki, Azərbaycan və Rusiya çempionları arasında matç haqda ilkin məlumatda onun iyunun 17-də keçiriləcəyi göstərilmişdi.
Qeyd edək ki, Azərbaycan və Rusiya çempionları arasında matç haqda ilkin məlumatda onun iyunun 17-də keçiriləcəyi göstərilmişdi.
0
0