“Nə vaxta kimi autsayder komandada oynayacam?”
18.06.2012 - 23:00
“Nə vaxta kimi autsayder komandada oynayacam?”
“Qəbələ”yə qayıdacam. Bununla bağlı rəhbərliklə danışığımız olub. Geri dönməyimi istəyiblər”. Bunu apasport.az saytına açıqlamasında son mövsümü “Turan”ın heyətində keçirən, amma müqavilə ilə “Qəbələ”yə məxsus olan Anar Nəzirov deyib.

Millinin toplanışına da çağırılan Nəzirov “Qəbələ”nin heyətə yeni qapıçı dəvət etmək istəyindən xəbərdardır: “Ehtiyatda oturmaq fikrində deyiləm. Məşq edəcəm, əziyyət çəkəcəm, çalışacam ki, əsas heyətə düşüm. Bir sözlə, kimin transfer olunmasından asılı olmayaraq, axıra qədər mübarizə aparacam. Nə vaxta kimi Premyer Liqada qalmaq uğrunda mübarizə aparan klublarda oynayacam? Həmin şəraitdə heç inkişaf etmək də olmur. Gərək daim iddialı komandada oynayasan, rəqabət aparasan ki, artırasan. Yeni qapıçının gəlişi rəqabəti artıracaq. Bu isə inkişaf deməkdir”.