“Bakı” serbiyalı qapıçı ilə güclənir
18.06.2012 - 23:04
“Bakı” serbiyalı qapıçı ilə güclənir
"Bakı" serb qapıçı Nikola Milojeviçi heyətinə qatmaq istəyir. Apasport.az saytının xəbərinə görə, Kolumbiyanın "Once Kaldas" klubunda çıxış edən Luis Enrike Martines Rodrigesin keçidi baş tutmadığından Milojeviçlə danışıqlar gedir. Onun yaxın günlərdə ölkəmizə gəlişi gözlənilir.

Qeyd edək ki, 31 yaşlı qapıçı 2010-cu ildən Serbiyanın "Borats" klubunda çıxış edir. Bu müddətdə 51 oyunda forma geyinib. Milojeviç əvvəllər Serbiyanın OFK, "Zemun", "Bane Raşka", "Hayduk" və Portuqaliyanın "Setubal" klublarında çıxış edib. Qolkiper 2004-cü ildə Serbiya və Çernoqoriyanın olimpiya yığmasında forma geyinib.