“Sumqayıt” kasıblayıb
18.06.2012 - 23:07
“Sumqayıt” kasıblayıb
"Sumqayıt" növbəti mövsümün hazırlığına iyunun 25-də başlayacaq. Apasport.az saytının xəbərinə görə, "Gənclik şəhəri" təmsilçisi yay hazırlığını ölkə daxilində keçəcək və toplanış üçün ölkə xaricinə üz tutmayacaq. Yalnız yoxlama görüşü keçirmək üçün iyulun əvvəllərində qonşu Gürcüstana yollanmaq variantı var. Lakin bununla bağlı yekun qərar baş məşqçi Bernard Raab Azərbaycana qayıtdıqdan sonra onun istəyinə uyğun olaraq veriləcək.

Qeyd edək ki, "Sumqayıt" ötən yay toplanışını Avstriyada, bu il qış toplanışını isə Antalyada keçmişdi.