Peter Çex: Bu, möcüzə deyildi
18.06.2012 - 23:14
Çexiya millisinin kapitanı Peter Çex Avro-2012-də 1/4 finala yüksəlmələri haqda danışıb. Apasport.az saytının xəbərinə görə, oyundan sonra jurnalistlərin suallarını cavablandıran Çex bu uğurun möcüzə olmadığını bildirib: "Oyuna çox pis başladıq. Polşa millisi də səhvlərimizdən yararlanaraq üzərimizə gəlməyə başladı. Lakin ikinci hissədə toparlandıq və lazımi qolumuzu vurduq. Yunanıstan - Rusiya matçının nəticəsindən xəbərimiz var idi. Çünki bizə zaman-zaman məlumat verilirdi. Ancaq ilk növbədə biz qələbə qazanmalı idik ki, bunu da bacardıq və 1/4 finala yüksəldik. Düşünürəm ki, bu, möcüzə deyildi. Biz özümüzə inanırdıq və bunun sayəsində də Polşanı məğlub etdik".
0
0