"İnter" Avstriya klubuna yenildi
19.06.2012 - 00:18
"İnter" Avstriya klubuna yenildi
Avstriyada təlim-məşq toplanışında olan "İnter" klubu ilk yoxlama matçını keçirib. Apasport.az saytının xəbərinə görə, Maria-Lankovits şəhərciyində baş tutan görüşdə "bankirlər" "Kapfenberq"ə uduzublar - 0:1. Avstriyalıların heyətində 75-ci dəqiqədə Armin Masoviç fərqlənib.

Qeyd edək ki, Kaxaber Sxadadzenin komandası Sloveniya toplanışı çərçivəsində növbəti yoxlama oyununu iyunun 21-de keçirəcək.