Poladov “Simurq”la müqavilə imzaladı
19.06.2012 - 08:33
Poladov “Simurq”la müqavilə imzaladı
"Simurq" klubu daha bir transferi rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, ötən mövsümün ikinci dövrəsindən icarə əsasında komandanın formasını geyinən Ruslan Poladovla 1 illik müqavilə imzalanıb.

Təcrübəli futbolçu uzun danışıqlardan sonra rəsmi şəkildə "Simurq"un heyətinə qatılıb. Qış “transfer pəncərəsi”ndə "İnter"dən icarə əsasında heyətə qatılan Poladov ötən mövsüm 14 qarşılaşmada forma geyinib və bir dəfə rəqib qapıçısını məyus edib.

Hazırda növbəti mövsümə hazırlıqları davam etdirən "Simurq" müqaviləsinin müddəti başa çatdığına görə komandadan ayrılan gənc futbolçu Rəşad Eyyubovla da artıq ilkin razılığa gəlib. Onunlada bu həftə ərzində rəsmi müqavilə imzalanacaq.