İtaliya futbolunda zəlzələ
19.06.2012 - 10:12
İtaliya Futbol Federasiyasının (FIGC) İntizam Komitəsinin qərarı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qurum 52 futbol adamı və 21 klubu cəzalandırıb. Onlar ümumilikdə 325200 avro və 54 xalın silinməsi ilə cərimələnib.
20 ildən sonra A seriyasına qayıdan “Peskara” yeni mövsümə -2 xalla başlayacaq. B seriyasında oynayacaq “Novarra” və “Recina” hərəyə -4 xalla mübarizəyə start verəcək. Bundan başqa B seriyasından “Padova” 2, “Empoli” 1, aşağı dəstə təmsilçiləri “Albinoleffe” 15, “Pyaçentsa” 11, “Ankona” 8, “Montsa” 5, “Aveza” və “Ravenna” isə hərəyə 1 xal itkisi ilə çempionata qoşulacaq. “Albinoleffe” 90, “Pyaçemtsa” 70, “Sampdoriya” və “Siena” hərəyə 50, “Novara” 35, “Spetsia” 30 min avro, “Aveza” isə cəmi 200 avro cərimə də ödəməlidir.
Daha 7 klubunun da cəzalanması gözlənilir. Bunlar arasında A seriyasında oynayan “Atalanta”da var. Futbolçulardan Mario Kassano, Alesandro Dzamperini, Luici Sartor və məşqçi Nikola Santoni 5 illik futboldan kənarlaşdırılıb.

0
0