Xosep Qvardiola Azərbaycana gələcək?
19.06.2012 - 11:40
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasının baş məşqçi postuna namizədlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol Liqası yığmaya rəhbərlik edə biləcək mütəxəssislərin siyahısını hazırlayıb. Orada 4 nəfər tanınmış əcnəbi çalışdırıcı yer alıb ki, bunlardan 2-si almaniyalılar - Yoahim Lövlə Bernd Şuster, habelə italiyalı Fabio Kapello və ispaniyalı Xosep Qvardioladır. Qurum onların hər biri ilə danışıqlar aparmaq niyyətindədir.
Qeyd edək ki, müqaviləsi bitən hollandiyalı çalışdırıcısı Dik Advokatla yollarını ayıran ruslar millimizlə növbəti seçmə mərhələdə ilk oyununu bu il evdə, növbəti matçını gələn il səfərdə keçirəcək.
Qeyd edək ki, müqaviləsi bitən hollandiyalı çalışdırıcısı Dik Advokatla yollarını ayıran ruslar millimizlə növbəti seçmə mərhələdə ilk oyununu bu il evdə, növbəti matçını gələn il səfərdə keçirəcək.
0
0