“Bakı” Sloveniyada ispan futbolçunu gözləyir
19.06.2012 - 12:41
“Bakı” Avroliqaya hazırlıq məqsədilə Sloveniyaya təlim-məşq toplanışına yollanıb. Komandanın baş məşqçisi Novruz Əzimov apasport.az saytına açıqlamasında səfərə 23 futbolçu ilə çıxdıqlarını bildirib. Onun sözlərinə görə, bu ölkəyə 24 futbolçu ilə getməyi planlaşdırsalar da, sonda 1 nəfər kənarda qalıb: “Bu, “Sumqayıt”dan icarədən qayıdan müdafiəçimiz Hacı Əhmədovdur. Zədəsi olan bu futbolçunun problemi var. O, Sloveniyadakı hazırlığımızla yanaşı, Avroliqadan kənarda qalacaq. Yeni məşqçimiz Paulius Kostanta düşərgəmizdədir. Yunan köməkçim fiziki hazırlığa cavabdehdir”.
Azərbaycan kubokunun son qalibi kosta-rikalı hücumçusu Uinston Parksı da səfərə aparıb. Komandanın əsas qol ümidi zədəsini müalicə etdirdiyindən, Bakıdakı hazırlığın sonunda düşərgəyə gəldi. Əzimov digər əcnəbi hücumçu – qışda transfer edilən ispaniyalı Kokenin birbaşa Sloveniyaya gəlişinin nəzərdə tutulduğunu bildirib: “Parksın vəziyyəti yaxşıdır. Ona böyük ümidlər bəsləyirik. Koke isə Bakıdakı hazırlığa qatılmalı olsa da, ailə problemlərini əsas gətirərək, yubandığını bildirdi. Onunla son söhbətimizdə birbaşa Sloveniyaya gələcəyini dedi. Kokenin qayıdışını gözləyərək, özü ilə görüşəndən sonra məsələsinə aydınlıq gətirəcəyik. O, müqavilə ilə bizə məxsus futbolçudur. Başqa komandaya keçidi üçün “Bakı”nın razılığı vacibdir”.
Mehman SÜLEYMANOV

0
0