Millimizin qapıçısı əvəzedici komandaya göndərildi
19.06.2012 - 14:26
“Bakı” klubu icarədən qayıdan qapıçısı Vladimir Popoviçi əvəzedici heyətinə göndərib. Bu haqda apasport.az saytına əsas komandanın baş məşqçisi Novruz Əzimov məlumat verib. Əzimov millimizin də üzvü olan gənc qapıçını Sloveniyaya təlim-məşq toplanışına aparmadıqlarını bildirib: “Popoviçin ötən mövsümü keçirdiyi “Sumqayıt”la icarəsi müqaviləsi bitəndən sonra anlaşma ilə məxsus olduğu komandamıza qayıdışı nəzərdə tutulmuşdu. Ancaq qapıçı Bakıdakı hazırlığımıza gec qoşuldu. Buna görə də onu əvəzedici heyətə göndərməyi daha məqsədəuyğun saydıq. Biz Sloveniyada olduğumuz müddətdə Vladimir orada məşq edəcək. Onun gələcək karyerasını sonra müəyyənləşdirəcəyik. Ola bilər ki, yenidən bir kluba icarəyə verdik. Popoviçin yerinə Sloveniyaya əvəzedici komandamızın gənc qapıçı Elxan Əhmədovu götürmüşük. Yeni əcnəbi qapıçımızın isə keçidi rəsmiləşəndən sonra Sloveniyada bizə qoşulmağı nəzərdə tutulub”.
Qeyd edək ki, “Bakı”nın vətənində “Borats” klubundan dəvət etdiyi 31 yaşlı serbiyalı qapıçı Nikola Miloyeviçin keçidi tibbi müayinədə zədəsi aşkara çıxdığından, baş tutmayıb. Belə olan halda, “zolaqlılar” Kolumbiya yığmasının qapıçısı Luis Enrike Martines Rodrigeslə danışıqları bərpa edərək, onu müqavilə bağlamaq üçün Bakıya dəvət edib.
Mehman SÜLEYMANOV

0
0