Premyer Liqamızın mükafatçısı Rusiya klubuna lazım olmadı
19.06.2012 - 14:45
Azərbaycan Premyer Liqasının iştirakçısı olan estoniyalı futbolçu Dmitri Kruqlov “Rostov” klubu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, Estoniya yığmasının 28 yaşlı sol cinah oyunçusu Rusiya Premyer Liqa təmsilçisinin yeni baş məşqçisi Miodraq Bojoviçə lazım olmayıb. Serbiyalı mütəxəssis gəlişindən sonra 4 futbolçu ilə müqavilənin uzadılmamağını qərara alıb ki, onlardan biri Kruqlov olub. Halbuki həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında çıxış edən bilən estoniyalı 2011-ci ilin yayında çıxış etdiyi “Rostov”un əsas heyət oyunçularından sayılırdı.
Qeyd edək ki, Dmitri 2008-ci ilin qışında gəldiyi ölkəmizdə 3,5 il oynayıb. “Neftçi” ilə çempionatımızın bürünc medalını qazanan legioner 2010/11 mövsümünün sonunda “İnter”lə Azərbaycan kubokunun finalında uduzduqdan sonra Rusiyaya qayıtdı. Kruqlovun bu ölkədə ilk klubu Moskva “Lokomotiv”i olub və vaxtilə onun futbolçusu kimi “Neftçi”yə transfer edilmişdi.

0
0