“Bakı” Ukrayna çempionu ilə qarşılaşacaq
19.06.2012 - 14:56
“Bakı” Ukrayna çempionu ilə qarşılaşacaq
“Bakı”nın təlim-məşq toplanışına yollandığı Sloveniyada ilk yoxlama oyununda rəqibi müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “zolaqlılar”ın 10 gün hazırlıq keçəcəyi bu ölkədə ilk sınaq matçı Ukraynanın “Tavriya” klubu olacaq. Həmin oyun iyunun 22-də keçiriləcək.

"Tavriya" Ukraynanın köklü klublarından biridir. Simferopol təmsilçisi 1992-ci ildə Ukrayna çempionu titulunu, 2010-cu ildə isə ölkə kubokunu qazanıb. Komanda son Ukrayna çempionatını 6-cı pillədə başa vurub.

Qeyd edək ki, “Bakı” Sloveniyada 3 yoxlama oyunu keçirməyi planlaşdırır.