“Xəzər Lənkəran”ın rekordçusu geri qayıtdı
19.06.2012 - 15:25
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Katalin Domanın karyerasını davam etdirəcəyi komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı rumıniyalı yarımmüdafiəçi vətənində oynayacaq.
2010-cu ilin yayında “Xəzər Lənkəran”a “Arceş” klubundan keçən Doman elə əvvəlki komandasına qayıdıb. Lakin Katalin Piteşti təmsilçisinin qarşısına şərt qoyub ki, xaricdən təklif alacağı halda “Arceş” ona problem yaratmayacaq.
Qeyd edək ki, 2 mövsüm “Xəzər Lənkəran”da oynamış Katalin Azərbaycan kubokunu və 2 dəfə Premyer Liqanın gümüş mükafatını qazanıb. Bu komandada 53 oyuna 8 qol vuran yarımmüdafiəçi “Xəzər Lənkəran”ın rumıniyalı futbolçuları arasında ən çox oyun keçirən legionerdir. Rekordçu Adrian Pit və Andrey Mureşandan 2 matç çox oynayıb.

0
0