“Rəvan” üçün “Visla”
19.06.2012 - 16:46
Bakının “Rəvan” klubunun Sloveniyadakı təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarından birindəki rəqib dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Cevat Gülərin yetirmələri Polşanın “Visla” komandası ilə qarşılaşacaq. Əvvəlcədən 3 yoxlama oyunu üçün 6 potensial rəqibi olan “Rəvan” digər 2 matçı həmin klublardan ikisi ilə keçirəcək.
Qeyd edək ki, “Visla”nın da yer aldığı potensial rəqiblər siyahısında “Yagelloniya” (Polşa), “Antalyaspor” (Türkiyə), “Vlajniya” (Albaniya), “Rad”, OFK (hər ikisi Serbiya) də yer alıb.
Qeyd edək ki, “Visla”nın da yer aldığı potensial rəqiblər siyahısında “Yagelloniya” (Polşa), “Antalyaspor” (Türkiyə), “Vlajniya” (Albaniya), “Rad”, OFK (hər ikisi Serbiya) də yer alıb.
0
0