“Türkiyədə oynamaq iqtidarındayam”
19.06.2012 - 17:02
“Neftçi”nin və Azərbaycan milli komandasının sabiq futbolçusu Cavid Hüseynovun apasport.az saytına müsahibəsi
- Bir müddət öncə saytımıza müsahibənizdə “Xəzər Lənkəran”la danışığınız olub, ilkin razılıq əldə etdiyinizi bildirmişdiniz. Sonda keçidiniz niyə baş tutmadı?
- Səbəbini bilmədim. Əsas odur ki, baş məşqçi Yunis Hüseynov məni istədi və gedib, onunla görüşdüm. Həqiqətən də məni istədiyinin şahidi oldum. Müqavilə məsələsini həll edib, imzalamaq qalırdı. Ancaq sonradan susqunluq oldu və keçidim alınmadı. Yunis müəllimin özü ilə yenidən danışıb eləməmişəm. Buna ehtiyac görmədim. Yəqin ki, nəsə olub.
- Klublarımızın çoxu artıq hazırlığa başlayıb, heyətlərinə yeni futbolçular dəvət edib. Siz gələcək karyeranızı hansı komandada görürsünüz?
- Hələ gözləyirəm. Ancaq bunun Azərbaycan klubları olduğunu demirəm. Yəqin ki, hansı kluba keçəcəyim yaxın günlərdə dəqiq bilinəcək.
- Menecerlər futbolçularımızın legioner limitinin olmadığı Türkiyənin I liqasında çıxış edən klublara keçidinə çalışırlar. Sizin də bu variantınızın olmağı nə dərəcədə realdır?
- Bu da ola bilər. Sadəcə, hazırda ortada konkret bir şey olmadığı üçün sizə bir şey deyə bilmirəm. Ancaq hər şey ola bilər.
- Digər Azərbaycan klublarından birinə keçmək variantını heç nəzərdən keçirmirsiniz?
- Azərbaycanda çıxış edirəmsə, konkret olaraq çempionluğa oynayan komandada forma geymək istərdim.
- Avroliqaya vəsiqə qazanan “İnter”lə “Bakı”, son 3 ildə orada çıxış etmiş “Qarabağ” çempionluğa oynayan iddialı klublarımızdır. Onlardan təklif almısınız?
- Yox. Nəzərdə tutduğunuz komandalardan mənə elə bir təklif olmayıb. Olsa, fikirləşərəm.
c- Sizi “Neftçi”yə gətirən Vaqif Sadıqov hazırda AZAL-ın baş məşqçisidir və saytımıza müsahibəsində sizinlə yenidən birgə işləməkdə maraqlı olduğunu bildirib. Bu varianta necə baxırsınız?
- Bunun üçün görüşmək, oturub danışmaq lazımdır. Axı mən bilmirəm ki, bu variant məni qane edər, ya yox? Yəni xırdalıqlar çoxdur.
- Qane etmək deyəndə, əsas maddi şərtlərə önəm verirsiniz?
- Əlbəttə, maliyyə də burada, ümumiyyətlə, futbol həyatımda mənim üçün önəmli rol oynayır.
- Sizcə, Türkiyə variantını gözləyib, sonda alınmasa və Azərbaycan klubları ilə danışıqlar aparmasınız, yubanmazsınız? Çünki bütün klublarımız komplektləşməyəndən sonra heç bir kluba lazım olmaya bilərsiniz...
- (gülür) Açığı, hələ bu barədə düşünməmişəm. Nədənsə bu barədə rahatam. Bilmirəm niyə? Fikirləşirəm ki, inşallah, hər şey yaxşı olar. Ola bilər ki, Azərbaycanın iddialı klubları mənə müraciət etməsin və ya müqavilə bağlamayım. Görək də, yaxın günlərdə bilinər.
- Siz “Neftçi”də əsas heyətdən kənarda qalıb, daha çox sonradan meydana çıxdığınızdan, oyun praktikası sarıdan korluq çəkirdiniz. Bu mənada legioner həyatı yaşamağa, Türkiyənin I liqasında oynamağa özündə güc hiss edirsinizmi?
- Ən azından onu bilirəm ki, içimdə olan həvəs, alışıb-yanmağım, orada təlim-məşq toplanışından keçməyim buna imkan yarada bilər. Formamı geri qaytarmağa vaxt var. Bir də ki özümə inanıram ki, Türkiyədə oynayacağam və orda oynamaq iqtidarındayam. Bunun üçün təlim-məşq toplanışlarında əvvəlki formamı bərpa etmək qalır.

0
0