Aryen Robben: Hər şey alt-üst oldu
19.06.2012 - 18:25
“Bu, karyeramın ən uğursuz mövsümüdür. Həm “Bavariya”, həm də yığmada hər şey alt-üst oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Bavariya” klubu və Hollandiya yığmasının futbolçusu Aryen Robben deyib.
28 yaşlı yarımmüdafiəçi AVRO-2012-nin uğursuzluğunu bütövlüklə mövsümün müvəffəqiyyətsiz keçməsi ilə bağlayıb: “Adamın buna inanmağı da gəlmir. Bu üzdən daha da üzücüdür. Hərçənd mövsümün startında jər şey fərqli görünürdü. Çempionlar liqasının finalı şok idisə, budəfəki fiasko daha gözlənilməz oldu. Bizim xal toplamadan qrupda qalacağımızı ən bədbin insanlar da güman etməzdi. İndi yalnız məzuniyyətə getmək, Hər şeydən uzaqlaşıb baş verənləri u tutmaq istəyirəm”.
Qeyd edək ki, “Bavariya” Almaniya çempionatında da, kubokun finalında da Dortmund “Borussiya”sına, Çempionlar Liqasının finalının penaltilər seriyasında İngiltərə “Çelsi”sinə uduzmuşdu. Hollandiya millisi isə qrupda hər 3 oyunu uduzmaqla sonuncu oldu.

0
0