Quliyev “Bakı”ya qayıtdı
20.06.2012 - 10:30
Quliyev “Bakı”ya qayıtdı
Ötən müvsüm "Bakı"dan ayrılan və "İnter"in heyətində çıxış edən Əziz Quliyev Sloveniyada təlim-məşq toplantısı keçirən "Bakı"nın düşərgəsindədir. Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçi komandanın məşqlərində iştirak edir.

Syerra-Leone milli komandasının oyunu səbəbindən toplanışa gec qoşulan İbrahim Karqbo da artıq “Bakı” ilə məşqə çıxanlar arasındadır. Elvin Əliyev, Elşad Manafov, Uinston Parks və İbrahim Karqbo fərdi məşq edərkən, qrup halında meydan çıxan futbolçular fiziki düzümlülüyün artırılması istiqamətində çalışıblar.

Hazırlıqlarını gündə 2 məşqlə davam etdirən "Bakı" 2 gün sonra yoxlama oyununa çıxacaq. Rəqib Ukraynanın "Tavriya" klubudur.