"Mərhələ keçəcəyik, özü də ikisini"
20.06.2012 - 12:43
“Xəzər Lənkəran”ın futbolçusu Elnur Allahverdiyevin apasport.az saytının Avstriyaya ezam olunmuş əməkdaşına müsahibəsi
- Komandanız artıq 15 gündür Avropa Liqasına hazırlaşır. Qarşıdakı sınaqdan nə gözləyirsiz, kiminlə oynamaq istəyirsiz?
- Çox istərdim zəif komanda ilə düşək. Çünki “Xəzər Lənkəran” indiyədək mərhələ adlamayıb. Mərhələ keçib lənkəranlı azarkeşləri sevindirmək istəyirik. Hələlik iyunun 25-də keçiriləcək püşkatma mərasimini gözləyirik. Rəqibin kim olmasına baxmayaraq, I mərhələni keçməyə həm məcbur, həm də borcluyuq.
- İlk oyunlarla bağlı daxilinizdə hansısa inam var?
- Əlbəttə var! Hesab edirəm ki, bu il mərhələ keçəcəyik, özü də bir yox, ikisini.
- Əvvəllər müdafiənin sol cinahında yer alırdınız. Amma son vaxtlar həm klubda, həm də yığmada müdafiənin mərkəzində oynamısız. Sizin üçün bu mövqelərdən hansı rahatdır?
- Düzdü, həmişə solda oynamışam, mənim üçün bu mövqe rahat olub. Amma son vaxtlar - axırıncı müdafiəçi mövqeyində oynayıram. Demək istəyirəm ki, mənim üçün bu mövqelər doğma olub. Sağda, solda və ya mərkəzdə oynamaqda problem görməmişəm. Çünki mən müdafiəçiyəm. Baş məşqçi mənim harada çıxış etməyimi məsləhət görürsə, orada canla-başla oynayıram. Amma mənim üçün sol cinah yaxşıdır. Deməyim düzgün çıxmaz ki, solda, sağda və ya axırıncı müdafiəçi oynamıram. Mən elə gəlir ki, bacarıram. Belə olmasa, məşqçi də bunu məsləhət görməz. Fikrimcə, bunun öhdəsindən gəlirəm və çalışacam ki, bundan sonra da belə davam edəm. Amma həmişə mənə sol cinah doğma olub, burada doğrudan da özümü rahat hiss eləmişəm.
- Manuel Skarlatake və Ruslan Abışovun gəlişindən sonra çox güman mərkəzdə oynamayıb, sol cinaha çəkiləcəksiz. Onların transferindən sonra yenidən mərkəzdə oynamaq perspektivinə necə baxırsız?
- Lap yaxşı. Bu o demək deyil ki, Skarlatake və Abışov gəlirsə, mən solda oynamalıyam. Xeyr, kim güclüdürsə, o da oynayacaq. Fikrimcə, buna baş məşqçi qərar verəcək. Skarlatake ilə Abışovun gəlişində heç bir problem görmürəm. Əksinə, onların gəlişi mənim üçün lap yaxşıdır.
- Sol cinahda da sizi Radomir Todorovla rəqabət gözləyir...
- Mənim üçün fərqi yoxdur. Rəqabətdə heç kimdən qorxmuram. Hətta axırıncı müdafiəçi kimi də rəqabətdə heç kimdən zəif deyiləm. Bunu tam əminliklə deyə bilərəm ki, rəqabətdə keç kimə uduzmaram. Qaldı ki, sol cinah müdafiəçisi kimi meydana çıxmağa, kim güclüdürsə, oynayacaq. Heç kimə axırıncı və sol müdafiəçi kimi rəqabətdə uduzmayacağam. Elə sağ müdafiəçi kimi də.
- Qarşıdan dünya çempionatının seçmə mərhələsi gəlir. Yığmada özünü harada görürsüz? Solda, yoxsa mərkəzdə oynamaq rahat olar?
- Çox istərdim ki, millidə solda oynayam. Çünki burada məni sol cinah müdafiəçisi kimi tanıyırlar. Amma bu, baş məşqçidən asılıdır. Çalışacam ki, heç kimə uduzmayam.
- Siz tez-tez sarı vərəqə alan futbolçulardan birisiz. Bunu nə ilə əlaqələndirirsiz: Emosionalsız, yoxsa hakimlər qərəzlidir?
- Düzdür, meydan çıxanda emosional, aqressiv oluram və bunu həmişə demişəm. Çünki uduzmağı sevmirəm. Meydana çıxıramsa, nəyə görə uduzmalıyam və kimsə məni keçməlidir? Emosionallıq içimdən gəlir. İstəmirəm ki, kimsə mənə qalib gəlsin. Ola bilər həddindən artıq sarı vərəqə almağım bununla əlaqədardır. Müdafiəçi olduğumdan sərt oynayıram. İstəyirəm ki, həmişə keçilməz olam.
- Elnur Allahverdiyev sərt, kobud futbolçudur?
- Kobud deməzdim. Sadəcə, sərt oynayıram. Çünki hücumçuya qarşı çıxış edirəm və o, həmişə arxasında müdafiəçi olduğunu hiss eləməlidir. Ola bilər ki, bundan qaynaqlanır. Həmişə hücumçulara qarşı sərt oynamağa çalışmışam. Ola bilər ki, sərtlik hərdən kobudluğa çevrilir.
- Bəs Avropa çempionatının final mərhələsində hakimliyin səviyyəsi sizi qane edirmi?
- Elə anlar olur ki, qane etmir. Çünki futbolçu çox vaxt referidən razı qalmır. Ancaq istənilən halda, son sözü hakim deyir. Avropa çempionatında ədalət təmsilçilərindən razıyam. Bunu baxdığım oyunlara əsasən deyirəm. Çünki bütün oyunları izləməmişəm. Ancaq izlədiyimə əsasən hakimlikdən narazılıq görmürəm.
- Bizim hakimlərlə Avropa çempionatına yollanan hakimləri müqayisə edəndə sizdə hansı təəssürat yaranır?
- Əlbəttə, hakimlərimizin səviyyəsi çox aşağıdır. Çünki referimiz nə qədər aşağı olsa, futbolumuzun, çempionatımızın səviyyəsi bir o qədər artmayacaq. Hakimlərimiz nə qədər düzgün olsa, futbolumuz bir o qədər irəli gedəcək. Bundan çox şey asılıdır. Azərbaycan futbolunun inkişafı birinci hakimdən başlayır. Düzgünlük olmalıdır. Olmasa, hakim hansısa komandanın haqqını yeyirsə, orada heç bir inkişafdan danışa bilmərik.
- Elə bir azərbaycanlı hakim varmı ki, millinin oyunçusu olduğunuz üçün sizə güzəşt eləsin, yaxud sizi “qara siyahısı” salsın?
- Məni “qara siyahı”ya daxil edən hakimin olduğunu deyə bilmərəm. Ancaq güzəştə gedənlər olub və bunu deməliyəm. Elə də olub ki, hakim bizə güzəşt etməyib və haqsız yerə sarı, qırmızı vərəqə göstərib. Bu, düzgün deyil. Çünki millinin futbolçularına qarşı haqsızlıq etmək olmaz. Bizə nə qədər qırmızı vərəqə versələr, o qədər oyun praktikasından kənarda qalırıq. Bu da millinin oyunlarına təsir göstərir.

0
0