“İnter” Sloveniya çempionu ilə oynayacaq
20.06.2012 - 13:15
Sloveniyada təlim-məşq toplanışını davam etdirən “İnter”in yoxlama matçında qüvvəsini sınayacağı növbəti rəqibi məlum olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Kaxaber Sxadadzenin yetirmələri son Sloveniya çempionu “Maribor” klubu ilə qarşılaşacaq. Matç iyunun 21-də keçiriləcək.
10 dəfə ölkə çempionatının qalibi və 7 dəfə Sloveniya kubokunun sahibi olan komanda ilə görüşün başlama saatı isə hələ dəqiqləşməyib.
Qeyd edək ki, “bankirlər” toplanışın ilk yoxlama matçında Avstriyanın “Kapfenberq” klubuna 0:1 hesabı ilə uduzublar.

0
0