“Sumqayıt”da daha bir imza
20.06.2012 - 15:00
“Sumqayıt” transfer çalışmalarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Aftandil Hacıyev, Emin Cəfərquliyev, Sabir Allahquliyev, Ceyhun Sultanov, Fərid Quliyev, Səlahət Ağayev, Elçin Sadıqov və Məhəmməd Əli Atamı heyətinə qatan komanda “Neftçi”dən icarəyə götürdüyü Slavik Alxasovla müqaviləsini yeniləyib.
Transfer hüququ paytaxt klubuna məxsus olan 19 yaşlı sol cinah müdafiəçisi “Sumqayıt”la 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Alxasov 2011/2012 mövsümündə “Sumqayıt”ın heyətində Premyer Liqada 20 qarşılaşmada forma geyinib və 1474 dəqiqə meydanda olub.

0
0