“Artıq hər kəs Azərbaycan millisindən qorxur” – MÜSAHİBƏ
25.06.2012 - 11:08
“Fənərbaxça”nın sabiq futbolçusu, 2 dəfə Superliqanın bombardiri olan hücumçu Səlcuk Yulanın apasport.az saytına müsahibəsi
- Sizi ölkəmizdə yenidən görməkdən çox məmnunuq...
- Bura “Topaz”ın dəvətlisi olaraq gəlmişəm. Onlarla tərəfdaşlıqdan çox məmnunam. Həm öz işimizlə bağlı çalışmalar edirik, həm vətəndaşlarımıza, qardaşlarımıza bildiklərimizi çatdırırıq. Qarşıdakı aylarda avrokuboklar, çempionatlar, millilərin seçmə mərhələləri başlayan zamanda da bərabər olacağıq. Həqiqətən burada olmaqdan, gördüklərimizdən çox razıyıq. Nəticəni düşünürüksə, futbolu dəstəkləyən hansı qurum olursa-olsun, ölkə mediası bunu qiymətləndirməlidir. Biz futbolçu olduğumuz üçün daha çox futboldan danışırıq. Ancaq Azərbaycanda güləş, voleybol da çox sevilir. Digər idman növləri də diqqət mərkəzində olur. Buna görə də dəvətlisi olduğumuz “Topaz”ın fəaliyyətinə təkcə futbol olaraq yox, ümumi baxmaq lazımdır. Qarşıdan London Olimpiadası gəlir. Adamlara görülən işləri göstərmək lazımdır ki, ondan əsla vaz keçməsinlər. Şansını özün yaradırsan.
- Türkiyə yığması Avropa çempionatının pley-off oyunlarına Xorvatiyaya uduzanda, çoxları onu qınadı, tənqid etdi. Ancaq Xorvatiya öz çıxışı ilə ən xoş sözlərə layiq oldu və milli komandanızın püşkdə bəxtinin gətirmədiyi göründü...
- Bu oyunlar artıq tarixdə qaldı və əlbəttə, Türkiyənin kənarda qalmağına üzüldük. Bizdə əvvəldən problemlər vardı və bunu heç cür həll edə bilmədik. Seçmə mərhələyə Qus Hiddinklə keçirdi və baş məşqçinin doğru olub-olmamağı çox müzakirə olundu. Bu zaman yığmada irəliləyiş olmadı və mübarizə sonda bizim üçün pis bitdi. Hədəfi çox yanlış qoyduq. Qrupda Almaniya kimi güclü yığma olduğu halda, hədəf 1-ci yeri tutmaq olmamalı idi. Diqqəti başqa yığmalarla oyunlarda çox xal toplamaq olmalı idi. Ancaq Bakıda uduzduq. Biz də Xorvatiya kimi qrupda 2-ci yeri tutsaq da, Xorvatiya ilə aramızda həqiqətən fərq vardı. Ancaq indi qurulan yığmamız ayrıdır, onu görəcəksiniz.
- Yeni baş məşqçi Abdulla Avcının yoxlama oyunlarında nəticələri uğurlu alınır. Bu isə o deməkdir ki, Türkiyə yığmasını yerli mütəxəssisin çalışdırmağı daha düzgündür...
- Təbii ki. Çünki o, futbolçuları tanıyır. Avcı gənc həmkarımızdır, futbolçuları daha çox izləyir. Bizim baş məşqçilərə əsla pis bir şey deyə bilmərik, həddimiz olmaz. Hiddinki dünya qəbul olunmuş mütəxəssisdir. Ancaq millinin baş məşqçisi çempionatda bütün oyunları izləməlidir, bunu köməkçisinin öhdəsinə buraxıb, getməməlidir. Hiddink yığmanın oyunundan-oyununa gəlirdi.
- Nəticə pis olanda isə türkiyəli köməkçisi Oğuz Çətindən yapışırdılar...
- Belə olmaz. Millinin baş məşqçisi köməkçisinin əlinə heyəti verməklə işini bitmiş sayırdı. Bunu mən də edə, Arda, Əmrə, Hamit, Topal kimi ən güclü futbolçuların adlarını daxil edə bilərəm. Bunu hər kəs, mənim qızım da edə bilər. Yığmaya başqa futbolçulara, gənc namizədlərə də baxmaq, digər oyunları da izləmək lazımdır. “Fənərbaxça”, “Qalatasaray”, “Beşiktaş”ın oyunlarını seyr etməyə gərək yoxdur. Orada oynayan futbolçular onsuz da əzbərləyib. Onda çalışqanlıq yox idi, indi isə olduğundan, ümidliyik.
- Azərbaycan futbolu haqda məlumatınız necədir?
- Azərbaycan futbolunda baş verənləri tez-tez izləyirik. İstər millinin, istərsə də klublarınızın beynəlxalq matçları diqqətimizdədir. Yığmamızın 2010-cu ildə Bakıda millinizə 1:0 hesabı ilə qalib gəldiyi oyunu izləməyə gəlmişdim. Bundan sonra uzun müddət burda olmadım, yaxında gəldim. Korkmazın da oynadığı həmin stadiona baxmağa yollandım. Respublika stadionunda çox gözəl işlər yenidənqurma işlərin görülür. Hətta Türkiyə Superkuboku uğrunda “Qalatasaray”la “Fənərbaxça” arasında oyunun həmin arenada keçirilməyi ilə bağlı mətbuatımızda məlumat yer almışdı. Ancaq sonda Ərzurumda keçirilməyinə qərar verildi. Nə etmək olar? Bəlkə növbəti ildə stadion tam hazır olub, istifadəyə veriləndə, orada keçirilməyinə qərar verilər. Azərbaycan futbolu bizim vaxtımızda olduğu kimi, yolu keçir. Bizdə də ilk illərimizdə seçmə mərhələnin qrup matçlarında özlərinə 2 qələbə yazırdılar. Azərbaycan yığmasına da belə yanaşırdılar. Ancaq indi belə deyil. Berti Foqtsun gəlişindən sonra daha mübarizə komanda olub. İndi hər kəs Azərbaycan yığmasının meydanında keçirilən oyunda artıq ondan qorxur. Artıq millinizlə səfər matçında hər kəs asan 3 xalı hesabına yaz bilmirsən. Ötən seçmə mərhələdə Türkiyəni, Qazaxıstanı evdə yendiniz, Belçika ilə bərabərliyə qaldınız. Bu da bir inkişafdır və gələcəkdə səfər oyunlarına da şamil olunar.
- Futbolumuzun gələcəyini necə görürsünüz?
- Uşaq futboluna diqqət yetirməniz çox önəmlidir. Azarkeşləri stadionlara gətirmək üçün klublarınız yaxşı səviyyəli legionerlər gətirməlidir ki, bununla həm də gələcəkdə avrokuboklarda qrup mərhələsinə düşə bilərlər. Təbii ki, Avropada ən yaxşıları ala bilməzsən. Ancaq səviyyəli gətirmək lazımdır ki, heç olmasa azarkeşlər stadionlara daha çox cəlb edə biləsən. Məsələn, Çin klubu Anelkanı, Droqbanı aldı, Aleksi gətirmək istəyirlər. Bunu daha çox azarkeş sayını artırmağa görə edirlər. Uşaq futbolunda inkişafa nail olmaq üçün ilk növbədə baş məşqçinin özünün yaxşı təhsil almağı lazımdır. O, yaxşı təhsil almalıdır ki, uşaqlara nəsə öyrədə bilsin. Məsələn, indi bizim yeni nəsildən olan gənc məşqçilərimiz çox yaxşıdır, təhsillidirlər. İndi təhsilini artırmaq imkanlar daha çoxdur. İnternet deyilən bir aləm var ki, ora daxil olub, hər şey haqda məlumat toplaya bilərsən. Ancaq biz oynadığımız vaxtda belə imkanlar, texnologiyalar yoxdur.Dövlətin klublara dəstəyi vacibdir. Stadion millinin oyunlarında dolursa, ancaq klubların çempionat oyunlarında boş olursa, bunu da aradan qaldırmaq zəruri şərtdir. Klubların maddi güclərinin olması gərəkdir və bu, dövlətin dəstəyindən asılıdır. Azərbaycan voleybolunda bu inkişafı görürük. Avropada tanınmış voleybolçular klublarınıza gəlirlər.
- Klublarımızın avrokuboklarda qrup mərhələsinə düşmək perspektivinə necə baxırsınız?
- Avrokuboklar Rusiyadakı kubokla (“Birlik kuboku” nəzərdə tutulur) bir deyil ki. Mən də burda baş məşqçi kimi çalışsam, avrokuboklarda qrupa düşməyi hədəf qoyaram. Avropada oyunları hər kəs seyr edir. Ancaq Rusiyadakı kubok belə maraq dairəsində deyil və orada qazanmaq hədəfini qoysan, Avropada məqsədinə çata bilməzsən. Hədəfini yüksəltdiyin zaman bəzi acıları çəkəcəksən. İstədiyin hər şeyə birdən nail ola bilməzsən. Bunlar üçün vaxt, Korkmazın dediyi kimi ən azı 3 il lazımdır ki, istəyinə çatmaq üçün lazım olan şərtləri də yerinə yetirmək lazımdır. Gətirdiyim baş məşqçiyə güvənmək və onunla uzun müddətli müqavilə imzalamaq lazımdır.
- Siz “Fənərbaxça” – “Qalatasaray” derbisində hücumçu kimi müdafiəçi Bülənt Korkmaz qarşı oynamsınız...
- Düşmənçilik azarkeşlər arasında Ancaq bu, futbolçular arasında olmadı. Mən Korkmazla qarşı oynayırdıq. O, mərkəz müdafiəçisi, mən də mərkəz hücumçusu idim. Mübarizəmiz meydanda qalırdı. Ondan kənarda yenə dost olaraq qalırdıq. Mən futbolçulara təxribat edən futbolçulara qızıram. Legionerlər bunu edəndə, daha çox özümdən çıxıram.
- Karyeranızı “Qalatasaray”da bitirmisiniz. Uzun illər “Fənərbaxça”da oynamış futbolçu kimi onun əzəli rəqibinə keçməyə tərəddüd etmədiniz ki?
- Məndə bir az fərqli oldu. “Qalatasaray”a 5 il sonra keçdim. “Fənər”dən Bundesliqaya getdim. Vətənə qayıdanda, “Qalatasaray”a keçdim.
- Necə ki, Əmrə Belözlu legioner karyerasını bitirəndən sonra “Qalatasaray”a qayıtmağı yox, “Fənərbaxça”ya keçməyi üstün tutdu...
- Əmrənin durumu başqadır. Çünki onlar gələndə pulu danışaraq, yüksək məbləğ təklif edəni seçdilər. Mən isə həmin futbolu buraxırdım və “Qalatasaray” “Fənərbaxça”dan daha çox pul verdiyi üçün getdiyim söhbəti olmadı. Sadəcə, həmin vaxt klubun prezidenti məndən kömək etməyi xahiş etdi. “Qalatasaray”da gənc futbolçular vardı, Büləntlərin, Tuqayların, Ariflərin gənc vaxtları idi. Mən də təcrübəli futbolçu kimi yardım etməyimi istədilər. Ona görə də maddi məsələlər danışmadıq, çox da oynamadım. Bir neçə matç keçirdim. Yəni həmin vaxt “Qalatasaray”a keçidim səs-küylü, kimisə “qaşındıracaq” transfer oldu. Əslində, karyeranı çox hissəsini “Fənərbaxça”da keçirdiyim üçün məni “Fənər”li sayır.
- Yəni bu derbi olaNda, “Fənər”ə azarkeşlik edirsiniz...
- Biz obyektiv olmasaq, bizə gülərlər. Onda bizə hörmət etməzlər. “Qalatasaray”ın heyətində “Fənərbaxça”ya qarşı oynadım. Ancaq başqa komandanın heyətində “Fənər”ə qol vurmuşam. Futbolçu pis oynayanda mənfi, yaxşı oynayanda müsbət fikirlər söyləmək lazımdır. Futbolu hər kəs, milyonlarla insanlar seyr edir. Heç kimi aldada bilməzsən.
- Futbolçularımızın yaxın gələcəkdə Türkiyə Superliqasında oynamağını real sayırsınız?
- Azərbaycanlı gənc futbolçuların öz komandalarında oynamadan xaricdə çıxış etmələri olmaz. Bundan əlavə, klubların, yığmaların Avropada uğur qazanmağı vacibdir. Bura təkcə yaşlanmış yox, gənc legionerlərin gəlişi lazımdır. Bu isə klubların maddi durumundan asılıdır. Çünki gənc legioneri gətirmək üçün daha çox pul vermək lazımdır. Buna görə klublara maddi dəstək daha çox olarsa, daha irəli gedə bilərlər.
- Futbolçu karyeranızı bitirdikdən sonra məşqçi kimi çalışmadınız, şərhçi oldunuz. Bunun səbəbi nədir və gənc həmkarlarınıza nə məsləhət görərdiniz?
- Mən karyeramı bitirdikdən sonra məşqçi kurslarına getdim və lisenziya aldım. Bu, 1991-92-ci illər idi, artıq 20 il olur. Ancaq məşqçi kimi işləmədim, şərhçiliyə getdim və bu sənətdə özümü daha yaxşı görürəm. Təbii ki, bizim şərhimiz meydançadan gəlir. Orada illərcə oynadıq, “Fənərbaxça”, “Qalatasaray” kimi böyük klublarda, milli komandada çıxış etdik. Məsələn, fasilə müddətində qəzetdə çalışanlar qulaqlarına qapıya qoyurlar ki, ya qalib, ya da məğlub baş məşqçilər nə deyəcək. Ancaq mən nə deyəcəklərini yaxşı bilirəm. Çünki özüm futbolçu olmuşam, bu yolu keçmişəm. İstənilən halda, daim maraqlanmaq, dünya futbolunu izləmək lazımdır. İnternet deyilən bir şey var ki, bu da böyük üstünlükdür. İnterneti açırsan, futbolçunun ayaqqabısının ölçüsünə kimi hər şey var. Bunlar haqda məlumatlı olub, səndən soruşanda, bir-bir deməlisən. Hansısa bir klubdan yazırsansa, təkcə oyuna getməklə yetərli olmamalısan. Məşqlərini də izləməlisən. Mən “Fənərbaxça”nın məşqini izlədikdən sonra artıq hər şey, heyət mənim üçün məlum olur. Ancaq bunu etməyən jurnalist gəlib stadiona deyir ki, bu, Əhməd hardan çıxdı, baş məşqçi niyə onu heyətə qoydu. Əhmədin haradan çıxdığını bilməyin üçün komandanın məşqini seyr etməyin lazımdır. Klub məşqlərini izləmədən şərh vermək olmaz. Bunu etmədən matçlara getmək heç olmaz. Bu zaman komandanın, futbolçunun oyununu incələyə bilməzsən.

0
0