Növbəti Zidanın axtarışında
01.07.2012 - 11:02
Növbəti Zidanın axtarışında
İspaniya milli komandası dünya və qitə çempionatlarının pley-off mərhələlərində qapısından qol buraxmır. Apasport.az saytının məlumatına görə, DÇ-2006-nın 1/8 final mərhələsinin Fransa ilə oyununda əfsanəvi Zinəddin Zidanın qolu İker Kasilyasın buraxdığı son top olub.

Həmin vaxt mübarizəni dayandıran pireneylilər AVRO-2008-də 1/4, 1/2 və final, DÇ-2010-da isə 1/8, 1/4, 1/2 və finalda qol buraxmamışdı. AVRO-2012-nin 1/4 və 1/2 oyunlarında bu seriyanı 9 matça çatdıran İspaniya üçün 10-cu qarşılaşma İtaliya ilə bugünkü final olacaq.
0