“Turan” medianı məhkəmə ilə hədələdi - MÜSAHİBƏ
02.07.2012 - 10:51
“Turan” klubunun prezidenti Yaşar İbrahimovun apasport.az saytına müsahibəsi
- Klubla bağlı nə yenilik var?
- Komanda hazırlığa başlayıb. Məşqləri rayonda davam etdiririk. İyulun 4-də və ya 5-də baş məşqçi Əsgər Abdullayev komandaya qoşulacaq. Hələlik məşqlərə onun köməkçiləri, eləcə də əvəzedici komandanın məşqçiləri nəzarət edirlər.
- Az öncə “Turan”ın fəaliyyətini dayandırdığı və çempionatda iştirak etməyəcəyi açıqlandı. Bu nə dərəcədə real idi?
- Yalan və şayiədən başqa bir şey deyil. Həmin xəbəri yayanlara məktub yazıb xəbərdarlıq etdik ki, əsassız məlumatlar yaydığınız üçün sizi məhkəməyə verəcəyik. Həm də ki, klub fəaliyyətini dayandırsa və çempionatda iştirak etməsə, öncə PFL-ə məktub yollamalıdır. Biz isə belə bir məktub yazmamışıq.
- Məşqlərdə kimlər iştirak edir?
- Kimlər deyəndə ki, hamısı öz uşaqlarımızdır. Yığışıblar, hazırlaşırlar.
- Sırf yerli uşaqlarla çempionatda hansısa uğurlu nəticəyə ümid etmək olarmı?
- Əvvəlcədən proqnoz vermək istəmirəm. Bəs bu hazırlıq nə üçündür? Belə götürəndə, o birilər kimi bunların da iki ayağı, bir başı var.
- Belə çıxır ki, legioner dəvət etməyəcəksiz?
- Legioner olmayacaq. Legioner həm də maliyyə deməkdir. Hazırda buna imkanımız çatmır.
- Şəraitlə bağlı nə deyə bilərsiz? Top, inventar varmı?
- Müəyyən şərait yaratmışıq. Toplarımız var, yenilərini də alacağıq. Ümumiyyətlə, çatışmayan şeyləri yoluna qoymağa çalışacağıq. Bunun üçün də yəqin ki, rayon rəhbərliyini köməyinə ehtiyacımız olacaq.
- Əsgər Abdullayevlə razılıq əldə edilibmi?
- Bu gün görüşümüz olacaq. O da komandanı çalışdırmağa razıdır. İstəyir ki, “Turan”la nəsə etsin. Aydın məsələdir ki, pul olmayan yerdə, istədiyini reallaşdırmaq da çətindir. Baş məşqçi komandada qalmağın əleyhinə deyil.

0
0