AFFA UEFA Superkubokunu keçirməkdən imtina edib
03.07.2012 - 14:50
AFFA UEFA Superkubokunun Azərbaycanda keçirilməsindən imtina edib. Apasport.az saytının məlumatına görə, Avropanın 2 ən nüfuzlu klub turnirinin – Çempionlar Liqası və Avropa Liqasının qaliblərinin Bakıda üz-üzə gəlməsini isə ölkəmizin futbol qurumu istəməyib.
Belə ki, 2015-ci ildə Superkubok oyununu Azərbaycanla birlikdə AVRO-2020-yə iddia edən Gürcüstana verilib. Bu gün keçirilən PFL prezidenti seçkilərində iştirak edən AFFA-nın prezidenti Rövnəq Abdullayev Gürcüstandan əvvəl Azərbaycana belə təklif olunduğunu bildirib.
Gürcüstanla müqayisədə daha inkişaf edən ölkəmiz isə bu yarışı qəbul etmək istəməyib. Abdullayev bunu Superkubokun son vaxtlar nüfuzunu itirməsi ilə izah edib. Həm də ki, həmin il Azərbaycanda 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi keçiriləcək: “Bizdə həmin vaxt 17 yaşadək oğlanlardan ibarət yığmalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarını keçiriləcək. Bu üzdən təklifi qəbul etmədik. Oyunun Gürcüstanda keçirilməsi bizim üçün sevindirici oldu və onları təbrik etdik”.

0
0