FİFA nümayəndələri yerli Təşkilat Komitəsi ilə görüşüb - FOTOSESSİYA
04.07.2012 - 14:38
İyulun 6-da Beynəlxalq Muğam Mərkəzində FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, mundialda mübarizə aparacaq komandaların nümayəndələri, həmçinin turnirə hazırlıqla yaxından tanış olmaq və püşkatma mərasimində iştirak etmək üçün FİFA nümayəndə heyəti artıq ölkəmizdədir.
Bu gün JW Marriott Absheron Baku hotelində FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi və FİFA nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə çempionata hazırlıq çərçivəsində görülən işlər, püşkatma mərasimi, mərasimə hazırlığın detalları müzakirə edilib.
Qeyd edək ki, iyulun 9-a qədər ölkəmizdə olacaq FİFA rəsmiləri püşkatma mərasimindən öncə və sonra bir sıra görüşlər, seminarlar keçirəcək, stadionlara səfərlər edəcəklər.

0
0