FİFA-nın Bakıda növbəti seminarı – FOTOSESSİYA
06.07.2012 - 09:17
FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 çərçivəsində Bakıda marketinq üzrə ikinci seminar təşkil olunub. Apasport.az saytının məlumatına görə, seminarda FİFA-nın marketinq üzrə nümayəndələri Kim Yu və Martin Nussbaumer iştirakçılara marketinq işləri barədə ətraflı məlumat verib, öz təqdimatında Yerli Təşkilat Komitəsi tərəfindən görülən işləri yüksək qiymətləndiriblər. Marketinq nümayəndələri Cavid Qarayev və Cəmilə Mehdiyeva dünya çempionatı ilə bağlı aparılmış işlər barədə danışıb, habelə tədbirdə iştirak edən FIFA partnyorları və dünya çempionatının milli dəstəkçiləri – ARDNŞ, Xalq Bank, Bakcell və Paşa Sığorta – üçün müxtəlif marketinq imkanları təqdim ediblər. FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin biletlər üzrə direktoru Zaur Məmmədov isə ümumi bilet satışı strategiyası, qrup bilet satışları barədə məlumat verib. Seminar çərçivəsində milli dəstəkçilər də öz ideyaları və təbliğat planlarını paylaşıblar.
Qeyd edək ki, birinci FİFA Marketinq seminarı martın 14-də keçirilmişdi.
Mənbə: affa.az
Qeyd edək ki, birinci FİFA Marketinq seminarı martın 14-də keçirilmişdi.
Mənbə: affa.az
0
0