“Bakı” MOİK-in baş məşqçisini təəccübləndirdi - FOTO
06.07.2012 - 11:55
“Bakı” MOİK-in baş məşqçisini təəccübləndirdi - FOTO
Bolqarıstan MOİK klubunun məşqçilər korpusu və futbolçular Avropa Liqasının II təsnifat mərhələsində potensial rəqibi olan “Bakı”nın oyununu izləyiblər. Apasport.az saytının məlumatına görə, onlar “Mura” ilə Azərbaycandakı matça AzTV vasitəsilə canlı baxıblar.

Hazırda Türkiyədə təlim-məşq toplanışında olan Sofiya təmsilçisi “Dalğa Arena”da 0:0 hesabı ilə başa çatan görüşdə mümkün rəqiblərinin çıxışını dəyərləndirib, bir-biri ilə fikir mübadiləsi aparıblar. Komandada təhlil işlərini həyata keçirən mütəxəssis Biser Tsolov öz kitabçasında lazımı qeydlər aparıb.

MOİK-in baş məşqçisi Stoçko Mladenov “Bakı”nın qələbə qazanmamağına təəccüblənib: “Maraqlıdır ki, bu komanda “Mura”ya 10 gün öncə 4:0 hesabı ilə qalib gəlmişdi. Ancaq indi bu uğuru qazana bilməməyi gözlənilməzdir”.

Qeyd edək ki, “Bakı” “Mura”ya Sloveniyadakı təlim-məşq toplanışında qalib gəlmişdi.
0