“Rəhbərliklə görüşdən sonra qərar veriləcək” - MÜSAHİBƏ
09.07.2012 - 23:00
“Rəhbərliklə görüşdən sonra qərar veriləcək” - MÜSAHİBƏ
“Turan”ın baş məşqçisi Əsgər Abdullayevin apasport.az saytına müsahibəsi

- “Turan”dakı fəaliyyətinizi davam etdirəcəksizmi?
- Bəli, komandada baş məşqçi olaraq işimi davam etdirəcəm. Artıq Tovuzdayam. Komanda iyulun 1-dən məşqlərə başlayıb və hər gün görülən işlərlə bağlı məlumat verirlər.

- Komandanən əskər oyunçuları özlərinə başqa klub tapıblar. Bəs bu boşluqları necə dolduracaqsız? Gözaltı elədiyiniz oyunçular varmı?
- Bu haqda məlumatım var. Təbii ki, heyəti gücləndirmək məqsədi ilə bir neçə futbolçunu komandaya dəvət edəcəyik. Nəzərimdə tutduqlarım arasında legionerlər də olacaq. Rəhbərlik gənclərə üstnlük verilməsini təklif edib. Hər şeyi yerində öyrənəcəm. İndi tam ətraflı nəsə deyə bilərəm.

- Baxışa dəvət edəcəyiniz oyunçular ölkəmizdə çıxış edən futbolçulardır?
- Xidmətində maraqlı olduğumuz futbolçular arasında ölkəmizdə oynayanlar da var, ölkədən kənarda çıxış edənlər də. Onları bir başa müqaviləyə deyil, baxışa dəvət edəcəyik.

- Təcrübəli futbolçulardan kimlər qalıb?
- Nəyi nəzərdə tutduğunuzu anlayıram. Mövsüm başa çatdıqdan sonra kimlərin müqaviləsi bitibsə, komandadan ayrılıb. Eyni zamanda müqaviləsi davam edən uşaqlar hazırda məşqlərdə iştirak edirlər. Rəhbərliklə görüşdükdən sonra bir qərar veriləcək.

- Bir müddət əvvəl klubun prezidenti ilə Bakıda görüşünüz olmuşdu. Möcud durumla bağlı yəqin ki, məlumatlısız. Heç olmasa Premyer Liqada qalmaq uğrunda mübarizə apara biləcək kollektiv formalaşdıra biləcəksizmi?
- İnanıram ki, komanda oynayacaq, mübarizə aparacaq. Əlbəttə, bunlar rəhbərliklə görüşdən sonra aydınlaşacaq. Əslində Yaşar müəllimlə Bakıda görüşümüz olmuşdu. Fikrimcə, pis olmamalıdır.

- “Turan”ın əsasını gənclər təşkil edəcək?
- Məqsədimiz gənclərə şans vermək, daha çox futbolçu yetişdirmək olacaq. Bu işlər paralel şəkildə həyata keçiriləcək.

- Yəqin ki, təlim-məşq toplanışını Tovuzda həyata keçirəcəksiz?
- Vaxtımız çox azdır. Biz seleksiya işlərini yekunlaşdırana qədər çempionat start götürəcək. Bunu aparmaq asan deyil. Əslində bu prosesi il ərzində həyata keçirmək lazımdır. Çempionatın başlamasına cəmi 1 aydan da az vaxt qalıb. Hələ sabah (söhbət dünən olub) bu işlərə başlayacağıq və Premyer Liqanın startına qədər yükunlaşdırmalıyıq. Harasa gedəsi olsaq, bu uzunmüddətli olmayacaq. Ancaq oyunlar keçirəcəyik.

- Köməkçiləriniz vəzifələrində qalırlar?
- Bəli, onlar hələ ki, işlərini davam etdirirlər. İki-üç gündən sonra ümumi iclasımız olacaq. Orda kimin nə iş görəcəyi aydınlaşacaq.
0