“Ağ-yaşıllar”ın yeganə dəyişikliyi
10.07.2012 - 17:03
“Xəzər Lənkəran” Avroliqanın I təsnifat mərhələsində “Nomme Kalyu” ilə bugünkü cavab oyununa start heyətində bir dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yunis Hüseynov Lənkəranda 2:2 hesabı ilə nəticələnən oyunla müqayisədə Tallindəki matça 1 hücumçu ilə çıxacaq. Ev oyununda start heyətində yer alan Kosta-Rika yığmasının hücumçusu Rendall Brenes bu dəfə ehtiyatda qalıb. Belə olan halda, irəlidə tək hücumçu – estoniyalılara ilk qolu vuran milli komandamızın üzvü Branimir Subaşiç olacaq.
Əvəzində “ağ-yaşıllar” orta sahəni gücləndirərək, meydana 5 yarımmüdafiəçi ilə çıxacaq. Özü də yeni transfer – Ruslan Abışovun müdafiənin mərkəzindən dayaq yarımmüdafiəçi mövqeyinə çəkilərək, yığmada olduğu kimi, orda çıxış edəcəyi gözlənilir. Hər halda, Lənkəranda oyunda ehtiyatda qalan sol cinah müdafiəçisi Radomir Todorovun ilk dəqiqələrdən meydana buraxılmağı ilə orada yer almış Elnur Allahverdiyevin müdafiənin mərkəzinə qayıtmağı gündəmə gəlib. O, mərkəzdə Manuel Skarlatake ilə duet yaradacaq. Eder Bonfim həmişə olduğu kimi, müdafiənin sağ cinahında yer alacaq.
Yarımmüdafiənin mərkəzində Ruslanla yanaşı, Rahid Əmirquliyevlə Roberto Alviz yer alacaq. Sadio Tounkara yarımmüdafiənin sağ cinahından hücumlara dəstək verəcək. Əsas oyun qurucusu funksiyası Adrian Pitin üzərinə düşəcək. Todorov sol cinahdan hücumlara dəstək olacağından, Pit daha çox mərkəzə çəkiləcək.
Mehman SÜLEYMANOV

0
0