“1 və ya 2 yeni futbolçu transfer edəcəyik”
10.07.2012 - 21:03
“1 və ya 2 yeni futbolçu transfer edəcəyik”
“Xəzər Lənkəran” “Nomme Kalyu” ilə oyunun ilk hissəsində daha yaxşı oynadı və fasiləyə layiq olaraq üstün yollandı. Ümid edirəm ki, mərhələ keçən bizim komanda olacaq. Lakin indidən nə isə demək olmaz. Estoniya təmsilçisinin büdcəsi cəmi 600 min avrodur. Onlarla “Xəzər Lənkərana” arasında yerlə göy qədər fərq var” Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov deyib.

O, Avropa Liqasının I təsnifat mərhələsinin Estoniya təmsilçisi “Nomme Kalyu” ilə cavab oyununun fasiləsində azərbaycanlı jurnalistlərə açıqlama verib: “Avrokuboklarda mümkün qədər çox mərhələ keçməyə çalışacağıq. Bu mərhələni keçdikdən sonra ya 1, ya 2 yeni futbolçu transfer edəcəyik. Çünki növbəti mərhələdə komandanı gücləndirmək lazımdır. Bizə yaxşı hücumçu lazımdır. Top yumrudur, hər şey ola bilər. Elə qrupa da düşməyimiz mümkündür. Mərhələ keçsək “Lex”lə qarşılaşacağıq. Əvvəl uduzduğumuz bu komandadan əvəz çıxmaq şansımız olacaq. Premyer Liqamız ildən-ilə inkişaf edir. Biz qarşıdakı mövsümdə də hamişə olduğu kimi çempionluğa oynayacağıq”..
0