“Xəzər Lənkəran” üçün avstriyalı
11.07.2012 - 17:27
Avroliqanın II təsnifat mərhələsində “Xəzər Lənkəran”ın ilk oyununu idarə edəcək baş hakimin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Yunis Hüseynovun yetirmələrinin “Lex” (Polşa) - “Jetısu” (Qazaxıstan) cütünün qalibi ilə matçı avstriyalı Robert Şörgenhoferə tapşırılıb.
İyulun 19-da, saat 20:00-da Lənkəran şəhər stadionunda başlayacaq görüşün digər referilərinin adları isə bugünlərdə məlum olacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” ilk mərhələdə Estoniyanın “Nomme Kalyu” klubunu mübarizədən kənarlaşdırıb. Onun rəqibi isə sabah Qazaxıstanda baş tutacaq “Jetısu” - “Lex” matçından sonra bilinəcək.

0
0