“Bakı” üçün “Vasil Levski”, “İnter”ə Mihal Fabian
                    
                    12.07.2012 - 11:39
                        
                        “Bakı” Avroliqanın II təsnifat mərhələsinə çıxacağı halda, səfər oyununu keçirəcəyi stadion açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Bakı” – “Mura” (Sloveniya) cütünün qalibini gözləyən Bolqarıstan MOİK-i iyulun 26-da ev matçını Milli stadionda keçirəcək. “Vasil Levski” adlanan arenada matç yerli vaxtla saat 20:00-da (Bakı vaxtilə 22:00-da) başlayacaq. 
“Zolaqlılar” 3 il öncə Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın digər titullu klubu – “Levski” ilə cavab oyununu da Sofiyada keçirsə də, onda fərqli məkanda oynamışdı. Bu, Georgi Asparuxov adına stadion idi.
Estoniyanın “Trans” klubu ilə dueldə mərhələ keçmək vəzifəsini ilk oyunda 5:0 hesabı ilə qalib gəlməklə yerinə yetirən “İnter” isə səfər oyununu Tripoli Arkadidəki “Asteras Tripolis” stadionunda keçirəcək. Ancaq oyunun vaxtını açıqlamayan UEFA komandamızın iyulun 19-da ev oyununu macarıstanlı Mihal Fabianın idarə edəcəyini göstərib.

                                0
                                
                                0