“Lex” rəsmən “Xəzər Lənkəran”ın rəqibi oldu
12.07.2012 - 17:51
“Lex” rəsmən “Xəzər Lənkəran”ın rəqibi oldu
“Xəzər Lənkəran”ın Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Estoniyanın “Nomme Kalyu” komandasını mübarizədən kənarlaşdıran Yunis Hüseynovun yetirmələri bu dəfə Polşanın “Lex” klubu ilə görüşəcək.

Cənubluların polşalılarla oynayacağı bu gün keçirilən “Jetısu” – “Lex” oyunundan sonra rəsmiləşib. Az əvvəl başa çatan Qazaxıstandakı səfər oyununda meydanı 1:1 hesabı ilə tərk edən Poznan təmsilçisi növbəti mərhələyə adlayıb. Rəqib buna ötən həftə evdə qazanılan 2:0 hesablı qələbə ilə nail olub.

Qeyd edək ki, ilk oyun iyulun 19-da Lənkəranda, cavab oyunu 26-da Poznanda keçiriləcək.
0