“Niyə mərhələ adlaya bilmədik, bunu izah edə bilməyəcəm” - MÜSAHİBƏ
14.07.2012 - 14:12
“Bakı”nın müdafiəçisi Georgi Popxadzenin apasport.az saytına müsahibəsi
- “Bakı” “Mura” səddini aşa bilmədi. Səfər oyununda niyə qələbə qazana bilmədiz?
- Oyunla bağlı nə deyim? Hesab çox pis oldu. Amma fikrimcə, komanda normal futbol oynadı. Topa daha çox nəzarət edən tərəf biz olduq. Ən azı 2-3 qol vura bilərdik. “Bakı” “Mura”dan daha güclü komandadır. Sadəcə, niyə mərhələ adlaya bilmədik, bunu izah edə bilməyəcəm.
- Hər iki qol sanki bir-birinin oxşarı idi: cinah asmaları və başla topun tora göndərilməsi. Müdafiəçilər bunun qarşısını niyə ala bilmirdi?
- Bəli, hər iki qol zamanı cərimə meydançasına asma edildi, nəzarətdən yayındılar və başla qollar vurdular. Əgər biz imkanlarımızı reallaşdıra bilsəydik, səfərdən rahat qələbə ilə dönəcəkdik. Onlar həm də hesabı açdıqdan sonra arxaya çəkildilər. Artıq tam heyətlə müdafiə olunurdular. Təbii ki, bu cür vəziyyətdə müdafiəni yarmaq olduqca çətin idi. Bizi ikinci qol zamanı da əks hücumda yaxaladılar.
- “Bakı” demək olar, oyunu tamamilə hücumda keçirsə də, qol vura bilmədi. Bəs bunu nə ilə izah edərdiz?
- Doğrudan da biz hücum etdik, onlar isə əks hücumlarda yaxaladılar. Əlbəttə, sən qol vurmasan, qələbə qazanmaq şansın yoxdur. Bu qədər hücum etməklə deyil, əsas onu məntiqi sonluqla tamamlamaqdır. “Bakı” bunu bacarmadı.
- Bu sizin “Bakı”nın heyətində ilk rəsmi oyununuz idi...
- Çox pis debüt oldu. Çünki məğlub olmuşuq. Komanda uduzubsa, burda kiminsə yaxşı oynamağının önəmi yoxdur. Axı nəticəni komanda şəklində qazanırıq.
- “Bakı” haqda təəssüratlarınız necədir?
- Çox yaxşı komandamız var. Klub əla, hər cür şəraiti olan bazaya sahibdir. Heyət isə yaxşı futbolçulardan qurulub. Amma Avropa Liqasında niyə belə oldu, anlaya bilmirəm.
- “Bakı”dan fərqli digər iki təmsilçimiz mərhələ adladı. Onların II mərhələyə yüksəlməsi sizin üçün stimul ola bilərdi...
- Həm “İnter”in, həm də “Xəzər Lənkəran”ın mərhələ adlaması Azərbaycan futbolu adına sevindirici haldır. Artıq Avropada klublarınızın adı eşidilir. Ümid edirəm ki, onlar II mərhələni də adlayacaqlar.
- Danimarka, Avstriya klublarında çıxış etmisiniz. Azərbaycan futbolunu onlarla müqayisə edə bilərsinizmi?
- Açığı, hələ çempionatınızın səviyyəsinə bələd deyiləm. Lakin düşünürəm ki, ildən ilə futbolunuz inkişaf edir. Bu da daha yaxşı səviyyəyə yüksəlməyinizə şərait yaradacaq.

0
0