“İnter”in Avropada 11-ci oyunu
15.07.2012 - 14:19
“İnter”in Avropada 11-ci oyunu
“İnter”in Avroliqanın II təsnifat mərhələsində Yunanıstanın “Asteras” klubu ilə iyulun 19-da keçirəcəyi oyun avrokuboklarda 11-ci matçı olacaq. Apasport.az saytının məlumatına görə, “bankilər” bunadək keçirdiyi 10 oyunda 3 qələbə qazanıb, 3 heç-heçə edib və 4 dəfə uduzub. Vurulmuş və buraxılmış topların fərqi 12:10 "İnter"in xeyrinədir.

Komanda avrokuboklarda əldə etdiyi ən böyükhesablı qələbə bu mövsümdə qeydə alındı: Bu, Estoniyanın "Trans” klubu ilə səfərdə 5:0 hesabı ilə məğlub etdiyi matçdır. Böyük hesabla uduzmayan “İnter” avrokuboklarda əm çox 2 top fərqi ilə uduzub. Bu, 2008/09 və 2009/10 mövsümünlərdə müvafiq olaraq "Partizan”a 0:2 və "Spartak”a 1:3 yenildiyi oyunlardır.

“İnter” qitəmiqyaslı yarışlarda ilk dəfə 2008-ci ildə çıxış edib. O zaman "İnter" Çempionlar Liqasında oynayaraq ilk cəhddən mərhələ keçməyi bacarmışdı. Növbəti mövsümdə komanda Avroliqada debüt etsə də, elə I mərhələdə çıxışını başa vurdu. 2010/11 мövsümündə “bankilər” yenidən Çempionlar Liqasında mübarizə apardı. Amma drammatik ssenari altında Polşanın "Lex" klubuyla keçirilən matçlarda bəxt "İnter"dən üz döndərdi. Bu mövsüm isə Kaxaber Xxadadzenin yerimələrinə artıq Avroliqada bir mərhələ keçməyə müəssər oldu. "İnter" daha bir rəqibinə qalib gələrək, öz tarixində avrokuboklardaki ən yaxşı nəticəyə imza ata bilər.

Mənbə: inter.az
0