Saşa Stamenkoviç: “Zestafoni” “Dinamo” ilə müqayisədə zəifdir - MÜSAHİBƏ
17.07.2012 - 10:48
“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç Serbiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçu hədəflərini açıqlayıb və Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları “Zestafoni” barədə danışıb.
- Komandanızın Çempionlar Liqasındakı iddiaları nədən ibarətdir?
- Ötən mövsüm Çempionlar Liqasının Xorvatiya “Dinamo”su ilə oyundan cəmi 20 gün öncə yeni klubuma gəlmişdim. O vaxtı səfərdə 0:3 hesabı ilə uduzub, evdəki qolsuz heç-heçədən sonra mübarizəni dayandırdıq. Bu il isə işimiz xeyli asan olmalıdır.
- Bunu nə ilə izah edirsiz?
- Çünki rəqib Zaqreb təmsilçisi ilə müqayisədə zəif komandadır.
- Düşünmürsüz ki, “Neftçi”yə getməklə yığmaya düşmək perspektivinizin üstündən xətt çəkdiz?
- Pekin Olimpiadasında hər 3 oyunda Vladimir Stoykoviçin əvəzləyicisi idim. Lakin o vaxtdan bir daha milli məşqçilərindən heç biri mənə etimad göstərmədi.
- Yeni baş məşqçi Sinişa Mixayloviçdən dəvət alacağınızı gözləyirsizmi?
- Təxminən 10 il Serbiyada çıxış etdim. Yalnız 1 dəfə milli komandada oynamaq imkanı qazandım. Onda yığmanın məşqçisi və idman direktoru Nenad Sakiç idi. İndi o Mixayloviçin köməkçisidir. Yeganə ümidim bu amilədir. Sakiç və qapıçılarla işləyən qapıçı Aleksandr Koşiç Mixayloviçi mənim haqqımda məlumatlandıra bilər. Düzdür, Serbiyada başqa yaxşı qapıçılar da var, amma mən onlardan zəif deyiləm.

0
0