Avropanın 8-cisi
18.07.2012 - 13:40
Avropanın 8-cisi
Azərbaycan klubları avrokubokların 2012/13 mövsümünün arxada qalan hissəsində uğurlu çıxış edib. Apasport.az saytının məlumatına görə, 4 komandamız üst-üstə keçirdiyi 7 matçda UEFA reytinqində ölkəmizin hesabına 1,250 xal yazıb. Bu isə bu dövr üçün kifayət qədər yaxşı göstəricidir.

Ümumiyyətlə cari – yeni başlayan mövsümdə yalnız 11 ölkə 1 və ya daha çox xal toplayıb. Bunlardan da 7-si oynamadan buna nail olub. Belə ki, Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqələr sayəsində bonus xallar toplayan 7 ölkə ilk sıralarda qərarlaşıb.

“Neftçi”nin Gürcüstan “Zestafoni”si ilə Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununa qədər Avropada hələlik 9-cu olan Azərbaycan bakılıların qələbəsi sayəsində 1 pillə də irəliləyib. Ölkəmiz bonus xalları ilə deyil, meydanda toplanan xalların sayına əsasən 2-ci pillədə qalıb. Bu göstəricidə isə Lüksemburq liderdir.

2012/13 mövsümündə ən azı 1 xal toplayanlar

1. İngiltərə - 2,285
2-3. İspaniya – 1,714.
Almaniya - 1,714
4. Lüksemburq – 1,375
5-7. Portuqaliya – 1,333
İtaliya – 1,333
Fransa – 1,333
8. Azərbaycan – 1,250
9-10. İslandiya – 1,125
Moldova – 1,125
11. Finaldndiya – 1,000
0