“Lənkərandakı stadion mənə “Zaqlebye”nın arenasını xatırladır”
19.07.2012 - 10:35
“Lənkərandakı stadionun ot örtüyü yaxşı vəziyyətdə deyil. Ancaq digər tərəfdən, burada stadion xoşuma gəldi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Polşalın “Lex” klubunun futbolçusu Metyu Mozdzen deyib. Avroliqanın II təsnifat mərhələsində “Xəzər Lənkəran”la bugünkü səfər oyununa hazırlaşan yarımmüdafiəçi meydana çıxacaqları stadionla bağlı təəssüratını bölüşüb: “Bu arenanı Polşadakı stadionlarla müqayisə etsəm, mənə xatırladan birisi var. Bu, Lyubinanın “Zaqlebye” klubunun oynadığı arenadır”.
Qeyd edək ki, polşalıların Lənkərana gələndən sonra məşqə çıxaraq, ənənəvi isinmə hərəkətlərinə fiziki hazırlığı cavabdeh olan məşqçisi Ancey Kasprzakın rəhbərliyi altında başlayıb. Bir neçə gimnastik hərəkətlərdən sonra topla çalışmalar olub.

0
0