“Lex” onların hər ikisindən güclüdü”
23.07.2012 - 18:55
“Xəzər Lənkəran”ın futbolçusu Branimir Subaşiçin apasport.az saytına müsahibəsi
- 3 gündən sonra Avropa Liqasının II təsnifat mərhələsinin Polşa “Lex”i ilə cavab oyununa çaxacaqsınız...
- Poznanda asan oyun olmayacaq. Çünki ümumiyyətlə futbolda asan oyun olmur. Qarşıda bizi 90 dəqiqə gözləyir. Hər şey də özümüzdən asılıdır, öz əlimizdədir. Xırda səhvlər etməsək istənilən nəticəni əldə edə bilərik. Biz nə lazım olduğunu yaxşı bilirik və bunun üçün əlimizdən gələni edəcəyik.
- Xırda səhvlər dediniz. 1:1 hesabı ilə başa çatan ilk oyunda qələbənizə də bu mane olmuşdu?
- Hər şey yaxşı gedirdi. Erkən qol da vurduq. Lakin qapımızda qol gördük. Hərçənd həmin vaxt biz hesabı artırmalı idik. Biz qol bura bilmədiyimiz epizodun davamındakı əks-hücumda isə polşalılar qol vurdu. Sonradan nə qədər çalışsaq da qələbə qolunu vura bilmədik.
- Cavab oyunu ərəfəsində mərhələ keçmək şansını necə dəyərləndirirsiniz?
- Mərhələ keçmək üçün yaxşı şanslarımız var. Yenə də deyirəm ki. hər şey özümüzdən asılıdır. Əsas xırda səhvlərə yol verməməkdir.
- Səfər qolu rəqibə müəyyən üstünlük yaradıb...
- Təbii ki 1:1 hesabına görə cüzi üstünlük onların tərəfindədir. Lakin onlar Lənkəranda qol vurubsa, niyə biz bunu Poznanda etməyək? Estoniya təmsilçisi “Nomme Kalyu” ilə də evdə heç-heçə edib, səfərdə qalib gəldik. Düzdür, “Lex” “”Nomme Kalyu” deyil. Polşalılar daha güclü komandadır.
- “Xəzər Lənkəran”la Avropa Liqasındakı hər 3 oyunda qol vurmaqla Azərbaycan rekordu müəyyənləşdirmisiniz. Belə məhsuldarlığınızı nə ilə izah edərdiniz?
- Buna görə Allaha şükür edirəm. Qol vurmağımda komanda yoldaşlarımın da xidməti böyükdür. Onlara təşəkkür edirəm. Əvvəllər belə məhsuldar olmasam da həm “Neftçi”, həm “Srvena Zvezda” ilə də avrokubokda qol vurmuşam.
- Cavab oyununda da komandanızın əsas qol ümidi siz olacaqsınız. Bu vəzifənin öhdəsindən gələ biləcəksinizmi?
- Əlbəttə ki, qol vurmaq üçün əlimdən gələni edəcəyəm. İndi çoxları bizim mərhələ keçib-keçməyəcəyimizdən danışır. Lakin bunu danışmaq, müzakirə etmək deyil, meydana çıxıb sözümüzü orda deməliyik. Bunun üçün hər şey edəcəyik. İlk oyunda “Lex”in necə komanda olduğunu bilsək də, indiki kimi tanımırdıq. Rəqib çox güclü, yaxşı təşkil olunmuş komandadır. Lakin bizim də yaxşı şansımız var.
- Artıq Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Oradakı potensial rəqibləriniz necə dəyərləndirirsiniz?
- Püşkün nəticələrindən xəbərim var. Bilirəm ki, İsveç AİK-i və İslandiya “Hafnarfyordur”u arasında cütün qalibi ilə görüşə bilərik. Bu komandalar haqda nə deyə bilərəm ki? Mənim fikrimcə indi qarşılaşdığımız “Lex” onların hər ikisindən güclüdür. Çalışıb bu komandanı keçməliyik.

0
0