“Simurq” “Akhisar Bələdiyəspor”la bacarmadı
25.07.2012 - 09:33
“Simurq” yeni mövsümə hazırlıq çərçivəsində Avstriyada növbəti yoxlama görüşünə çıxıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Zaqatala təmsilçisi Türkiyə Super Liqasına yeni vəsiqə qazanmış “Akhisar Bələdiyəspor”la qarşılaşıb.
Oyun 1:1 hesabı ilə başa çatıb. “Sarı-qaralar”ın yeganə qolunu matçın 85-ci dəqiqəsində Aleksandr Şimonayev vurub.
Qeyd edək ki, “Simurq”un prezidenti Anar Bəkirov və vitse-prezidenti Aydın Rzayev də matçı izləyənlər arasında olub. Komanda növbəti yoxlama görüşünü iyulun 27-də keçirəcək.

0
0