Fabio Kapello: Sabah rəsmi müqavilə və mətbuat konfransı
25.07.2012 - 13:34
İtaliyalı mütəxəssis Fabio Kapellonun Rusiya yığmasının baş məşqçi postuna təyinatı sabah reallaşacaq. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqı 66 yaşlı çalışdırıcı ilə “2+2” şərti ilə müqavilə imzalayacaq. Bununla bağlı Bakı vaxtilə saat 15:00-da mətbuat konfransı keçiriləcək. Orada həmçinin RFİ-yə prezident postuna seçki kampaniyasının nəticələri ilə bağlı suallara cavab veriləcək.
Qeyd edək ki, Rusiya millisi Azərbaycan yığmasının növbəti seçmə mərhələdə rəqiblərindən biridir.
Qeyd edək ki, Rusiya millisi Azərbaycan yığmasının növbəti seçmə mərhələdə rəqiblərindən biridir.
0
0