“Bakı”nın 3 futbolçusunun zədəsi ciddidir
26.07.2012 - 12:48
Növbəti mövsümə hazırlıqlarını paytaxtdakı təlim-məşq bazasında davam etdirən "Bakı" gündə iki məşqə çıxır. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 1 saatdan çox davam edən axşam məşqi taktiki çalışmalar və topla hərəkətlər üzərində qurulub. Məşqdə Elvin Əliyev, Əziz Quliyev və kapitan Cəmşid Məhərrəmov iştirak etməyib. Zədəli futbolçulardan əlavə, kosta-rikalı hücumçu Uinston Parks da komandadan ayrı fərdi məşq keçib. Parksın zədəsi nisbətən yüngül, digər adıçəkilən futbolçuların isə zədələri daha ciddidir.
Ayağında sınıq olan Əzizin komandaya gələn ayın ortalarında, Cəmşidin 20 gün ərzində qoşulması gözlənilir. Elvinin isə zədəsi daha ciddi olduğundan, komanda ilə birgə məşq etməsinin tarixi məlum deyil.
İntensiv məşqlərlə kifayətlənməyən təlim çərçivəsində yoxlama oyunlarına da vaxt ayırır. Belə ki, ötən həftə əvəzedici komandası ilə üzləşən "Bakı" daha bir yoxlama oyununu iyulun 29-da klubun təlim-məşq bazasında keçirəcək. Birinci dəstə təmsilçisi “Neftçala” ilə oyun saat 19:00-da başlayacaq.

0
0