İsrailli futbolçular Bakıya 1 ayda 2 dəfə gələcəklər
26.07.2012 - 15:02
İsrailli futbolçular Bakıya 1 ayda 2 dəfə gələcəklər
İsrailin “Hapoel” klubunun 3 futbolçusu Azərbaycana 1 ayda 2 dəfə gələcəklər. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan bu komandanın müdafiəçiləri - Eytin Tibi, Şir Zedek, Elad Gabai İsrail millisinin üzvləridir. Bu yığma isə Azərbaycan millisinin 2014-cü ildə dünya çempionatının seçmə mərhələsində rəqibidir.

Millimiz növbəti seçmə mərhələdə ilk oyununu məhz İsraillə keçirəcək. Bu matç sentyabrın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Deməli, avqustun 8-də “Neftçi” ilə “Dalğa Arena”da cavab oyununda qonağımız olacaq həmin üçlük millidən dəvət alacaqları halda, sentyabrın əvvəlində yenidən ölkəmizə gəlməli olacaqlar.
0