“Təqvimi bəhanə etməməliyik, nəticə qazanmağa borcluyuq” - MÜSAHİBƏ
26.07.2012 - 16:37
“Sumqayıt”ın baş məşqçisi Bernhard Raab klubunun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis komandasının Türkiyənin Nevşehir bölgəsindəki təlim-məşq toplanışı və gələcək planları haqda fikirlərini bildirib.
- Hazırlıq prosesindən razısınızmı?
- Təlim-məşq toplanışının ümumi planı hazır olduqdan sonra komanda iyulun 2-də bir araya toplaşdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqlərə başladıq. Həm fiziki, həm də taktiki çalışmalar üzərində işlədik. Sağ olsun klubun rəhbərliyi, komanda üçün Türkiyədə təlim-məşq toplanışını təşkil etdi. Uşaqların oradakı atmosferdən çıxması lazım idi. Üstəlik, komandanın formalaşması baxımından da bu hazırlıq mərhələsi bizim üçün vacib idi. Türkiyədə bir yoxlama oyunu keçirdik, daha iki görüşümüz olacaq. Gənc komanda üçün güclü rəqiblərlə yoxlama oyunu keçirmək olduqca önəmlidir.
- "Kayseri Ərciyəsspor"la baş tutan yoxlama oyunu haqqında nə deyə bilərsiniz?
- Olduqca sərt oyun oldu. Hər iki komanda meydana qələbə üçün çıxmışdı. İlk 15 dəqiqədən sonra komandam meydanda daha inamlı təsir bağışladı. İlk qolu qapımızda görsək də, uşaqlar oyununu itirmədi və fasiləyə qədər bərabərliyi əldə edə bildik. Komanda bu görüşdə verilən tapşırıqları meydanda həyata keçirə bildi. Matç heç-heçə yekunlaşsa da, "Sumqayıt" rəqibinə nisbətən daha yaxşı oyun göstərdi.
- "Sumqayıt"ın bundan sonrakı planları necə olacaq?
- Bu gün axşam növbəti yoxlama oyunumuzu keçirəcəyik. İki gündən sonra isə "1461 Trabzon" klubu ilə daha bir sınaq oyununa çıxacağıq. Olduqca intensiv proqram üzərində çalışırıq. Çempionatın startına qədər daha çox taktika üzərində çalışacağıq. Düşünürəm ki, AZAL-la oyuna qədər komanda hazır vəziyyətə gələcək.
- Premyer Liqanın startına az vaxt qalıb. Komandada hansı çatışmazlıqlar var?
- Bəzi mövqelərdə yer alan futbolçular arasında anlaşma problemi var. Tez bir zamanda bunu aradan qaldıracağımıza inanırıq. Müdafiə xəttində boşluqlarımız olduğu üçün bu sahədə daha çox işləyirik. Bir cümlə ilə qeyd edim ki, komanda ötən mövsümə baxanda daha güclüdür.
- Fərid Quliyevin komandadan ayrılması barəsində nə deyə bilərsiniz?
- 14 gün Fərid Quliyevlə birlikdə işlədik. Onun yaxşı və pis cəhətlərini açıqlamaq istəmirəm. Sadəcə olaraq, futbolçu ilə anlaşa bilmədik. Üstəlik, Fəridin oyun sistemi komandama uyğun gəlmədi. Məşqçilər korpusu ilə oturub bu məsələni müzakirə etdikdən sonra qərar verdim. Fəridə gələcək karyerasında uğurlar arzulayıram.
- Artıq Premyer Liqanın püşkü atılıb. Təqvimi "Sumqayıt" üçün qənaətbəxş saymaq olarmı?
- Təqvim ötən ilkinə bənzəyir. Bizim üçün çox çətin olacaq. Yalnız ilk oyunumuzu doğma azarkeşlər qarşısında oynayacağımız üçün özümüzü şanslı saya bilərik. Çətin Tovuz səfərindən sonra isə ardıcıl rəqiblərlə görüşlər. Komanda olaraq təqvimi bəhanə etməməliyik, nəticə qazanmağa borcluyuq.
- Azərbaycan klublarının avrokuboklardakı şanslarını necə dəyərləndirirsiz?
- Deyə bilərəm ki, "Neftçi" "Zestafoni" ilə hər iki qarşılaşmada olduqca inamlı təsir bağışladı və layiq olduğu mərhələni keçdi. Mənim fikrimcə paytaxt klubu bu il çox güclənib. Lakin "Hapoel" səddini aşmaq "Neftçi" üçün çətin olacaq. "İnter"in "Asteras"la "Dalğa Arena"da baş tutan oyununu stadiondan izlədim. Bu komandanın oturmuş heyəti var. "İnter" stabil oyunu sayəsində növbəti mərhələyə vəsiqə qazana bilər. "Xəzər Lənkəran"ı isə Polşada olduqca çətin oyun gözləyir. Hər üç kluba qarşıdakı oyunlarda uğurlar arzulayıram.

0
0