“Xəzər Lənkəran”ın “Lex”lə oyuna start heyəti müəyyənləşdi
26.07.2012 - 16:54
“Xəzər Lənkəran”ın “Lex”lə oyuna start heyəti müəyyənləşdi
“Xəzər Lənkəran”ın Avroliqanın II təsnifat mərhələsində Polşanın “Lex” klubu ilə bugünkü cavab oyununda start heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yunis Hüseynov Lənkəranda ilk oyunda 1:1 hesabı ilə nəticələnən matçda ilk dəqiqələrdən buraxdığı 11 futbolçuya güvənəcək.

Belə ki, qapıda Kamran Ağayev, müdafiənin mərkəzində Manuel Skarlatake ilə Elnur Allahverdiyev, solunda Radomir Todorov, sağında Eder Bonfim yer alacaq. Mərkəz yarımmüdafiəçiləri Ruslan Abışov, Roberto Alviz və Rahid Əmirquliyev olacaq ki, sonuncu oyun qurucusu funksiyasını yerinə yetirəcək. Yarımmüdafiənin sol cinahı Adrian Pitə, sağı Sadio Tounkaraya tapşırılıb. İrəlidə yeganə hücumçu Branimir Subaşiç olacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” Avroliqada ardıcıl 3-cü oyundur bu start heyətlə meydana çıxır.
0